Bakıda avtobus piyadanı vurub öldürdü - Fotolar

bakida-avtobus-piyadani-vurub-oldurdu
Oxunma sayı: 2591

Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Oxu.az-a istinadən xəbərinə görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

132 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən 60-65 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.