Bakıda avtobus qəzasında xəsarət alanlar evə buraxıldı - Yenilənib

bakida-avtobus-qezasinda-xesaret-alanlar-eve-buraxildi
Oxunma sayı: 2037

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sumqayıt-Binəqədi xətti üzrə hərəkət edən 585 nömrəli avtobusun iştirakı ilə baş verib.

***

Modern.az-ın məlumatına görə, 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilən 5 nəfər ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Onların vəziyyətinin kafi olduğu bildirilib.