Bakıda avtobus sürücüləri dalaşdı - Barmağını kəsdi

bakida-avtobus-suruculeri-dalasdi
Oxunma sayı: 1976

Bakıda sərnişin avtobusu sürücülərindən biri digərinə bıçaqla xəsarət yetirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə aprelin 18-də saat 14 radələrində Atatürk prospektində baş verib. Sürücü, 1966-cı il təvəllüdlü Rafiq Kazımov avtobus dayanacağında olan zaman 211 saylı marşrut avtobusunun sürücüsü Füzuli adlı şəxs nəqliyyat vasitəsini onun yanında saxlayıb və pəncərədən çölə baxaraq Rafiq Kazımovu söyərək təhqir edib, yumruğu ilə onun sifətinə zərbə vurub.

Daha sonra Füzuli R.Kazımovun sağ qolundan tutaraq barmağına bıçaqla xəsarət yetirib.

Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.