Bakıda avtobusla “avtoş”luq edən sürücü həbs edildi

bakida-avtobusla-avtosluq-eden-surucu-hebs-edildi
Oxunma sayı: 1135

Bakıda sərnişin avtobusu ilə avtoxuliqanlıq edən sürücü həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilir ki, mayın 20-də, axşam saat 19.40 radələrində 211 nömrəli marşrut üzrə hərəkət edən 10 TF 965 dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən sürücü Fətəli xan Xoyski küçəsində avtoxuliqanlıq hərəkətləri edib. Buna görə də 32 yaşlı sürücü Elşən Namiq oğlu Əhədov yol polisi əməkdaşları tərəfindən saxlanılaraq toplanmış materiallar məhkəməyə təqdim edilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə sürücü Elşən Əhədov 15 gün inzibati həbs cəzası ilə cəzalandırılıb. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. 

Sözügedən 211 saylı marşrut "İ-Qafqaz" MMC-yə məxsusdur.