Bakıda avtobusla motosiklet toqquşdu

bakida-avtobusla-motosiklet-toqqusdu
Oxunma sayı: 844

Yasamal rayonu M.Xiyabani küçəsində yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub. Nəticədə motosiklet 17 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına düşüb. Motosikletin sürücüsü yaralanıb, avtobusda olan sərnişlərdən isə xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı müvafiq qurumlar, eyni zamanda BNA tərəfindən araşdırma aparılır.