Bakıda avtobuslar üçün ayrılan xətlərin aqibəti - Video

bakida-avtobuslar-ucun-ayrilan-xetlerin-aqibeti
Oxunma sayı: 641

Bakının Yusif Səfərov küçəsində ötən gün xüsusi hərəkət zolaqları çəkilib. Ancaq bir gün keçməmiş sürücülər avtobuslar üçün nəzərdə tutulan zolaqdan istifadə etməyə başlayıb.

“Qafqazinfo”nun Baku.ws-ə istinadən məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdən sürücülərin qayda pozuntusu açıq-aydın görünür. Avtobusların hərəkəti üçün nəzərdə tutulan zolağa daxil olan avtomobillər xüsusi hərəkət zolağının tələblərinə məhəl qoymayıb. 

Bütün yol boyu nişanlanma işləri aparılsa da sürücülər zolağa daxil olaraq avtobusların hərəkətinə mane olub. 

Həmin görüntüləri təqdim edirik: