Bakıda avtobuslarda sərnişinlərə sürpriz - Fotolar

bakida-avtobuslarda-sernisinlere-surpriz
Oxunma sayı: 1832

“Xaliq Faiqoğlu” MMC-nin təsisçisi Faiq Seyidovun göstərişi ilə şirkətin əməkdaşları Novruz bayramı ərəfəsində 18, 61, 65 və 85 saylı xətlər üzrə xidmət göstərən yeni avtobuslarda sərnişinlərə sürpriz edib. 

“Qafqazinfo” xəbər verir ki, avtobuslara daxil olan milli geyimli əməkdaşlar Novruzun atributu sayılan və xüsusi dizaynla qablaşdırılmış çərəz və şirniyyatları sərnişinlərə təqdim ediblər.

Aksiya zamanı 200-dən artıq şəxsə bayram sovqatları təqdim edilib. Paytaxt sakinləri diqqətə görə minnətdarlıq ediblər.

Onu da qeyd edək ki, paytaxtımıza turist kimi gəlmiş Fransa, İran, İraq və Türkiyə vətəndaşları milli geyimli xanımlara və şirniyyatlarımıza xüsusi maraq göstərib. Onlara “Xaliq Faiqoğlu” şirkəti barədə qısa məlumat verilib.