Bakıda avtomobil dərəyə aşdı, ölən və yaralanan var

bakida-avtomobil-dereye-asdi-olen-ve-yaralanan-var
Oxunma sayı: 633

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı-Qazax yolunun 28-ci kilometrliyində Bakı şəhər sakini Zaur Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobil idarəetməni itirməsi nəticəsində dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildəki sərnişin, xəsarət almış Yardımlı rayon sakini Emin Abdullayev xəstəxanaya çatdırılıb.