Bakıda avtoritetlər həbs edildi

bakida-avtoritetler-hebs-edildi
Oxunma sayı: 657

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 18-də əvvəllər məhkum olunan, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin Xətai rayonu ərazisindəki kafelərdən birində toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə Daxili İşlər Nazirliyinə əməliyyat məlumatı daxil olub.

Məlumat yoxlanılaraq təsdiqini tapıb. Bununla əlaqədar dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində 11 nəfər saxlanılıb. Bu zaman onlar polisə müqavimət göstəriblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb, araşdırmalar aparılır.