Bakıda “avtoş” bıçaqlandı

bakida-avtos-bicaqlandi
Oxunma sayı: 659

Qanlı hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib. Buzovna qəsəbə sakini Rüfət Abdullayev naməlum şəxs tərəfindən küt alətlə bıçaqlanıb. Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran rayon sakini Ceyhun Musayev tutulub.

Elə bundan sonra hadisənin hansı səbəbdən baş verməsinə aydınlıq gətirilib. C.Musayev ifadəsində göstərib ki, ailəsi ilə birlikdə idarə etdiyi “Jiquli” ilə gedərkən qarşısında “Jeep” maşını oynadıb. Narazılıq edən zaman “Jeep”in sürücüsü onun maşının saxlatdıraraq “mobil nömrəni ver, səninlə söhbət edəcəm. İndi ailənlə birlikdəsən” deyərək ondan telefonunu alıb. Az sonra zəng edərək “razborka”ya çağırıb. Görüş zamanı mübahisə düşüb və Rüfət Abdualyeva zərbələr endirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.