Bakıda “Ayaks” futbol akademiyası açılacaq

bakida-ayaks-futbol-akademiyasi-acilacaq
Oxunma sayı: 639

"Qafqazinfo” AFFA.az saytına istinadən xəbər verir ki, Akademiyanın nümayəndəsi Ed Van Schaick ilə görüşdə AFFA ilə "Ayaks" Futbol Akademiyası arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı müzakirələr aparalıb. Müzakirə olunan əsas məsələ 2013-cü ildə Bakı şəhərində "Ayaks" Futbol Akademiyasının açılması olub. Tərəflər layihənin gerçəkləşdirilməsi üçün yaxın 2 ay ərzində bütün şərtlərin müzakirə olunması və müvafiq qərar qəbul edilməsiilə bağlı razılıq əldə ediblər.

Gələcəkdə yeniyetmə və gənc futbolçularımızın "Ayaks" Futbol Akademiyasında təhsil alması üçün Hollandiyaya göndərilməsi də müzakirə mövzusu olub.