Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

bakida-azerbaycan-isvecre-biznes-forumu-kecirilir
Oxunma sayı: 628

İsveçrə Konfederasiyasının Dövlət müşaviri, İsveçrənin və Cenevrə kantonunun iqtisadiyyat və səhiyyə naziri Pyer-Fransua Unqerin başçılığı ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində oktyabrın 27-də Azərbaycan-İsveçrə biznes forumu işə başlayıb.

AzərTAc-ın məlumatına görə, tədbirdə hər iki tərəfdən maliyyə və bank, sənaye, ticarət, əmlak, səhiyyə, təhsil və təlim, vergi və sahibkarlığın hüquqi strukturu və digər sektorları təmsil edən iş adamları iştirak edirlər.

Biznes forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) təşkilatçılığı ilə keçirilir.

Tədbiri giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan ilə İsveçrə arasındakı uğurlu əməkdaşlıqdan danışıb.