Bakıda azyaşlı uşaqla qadın dənizdə boğuldu - Biri öldü

bakida-azyasli-usaqla-qadin-denizde-boguldu
Oxunma sayı: 5479

Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.  

"Qafqazinfo" xəbər verir ki, təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub, məlumatda iki nəfərin suda boğulması bildirilib. Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub. 

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı BŞX-ya çatdırılıb. 

Təcili yardımdan verilən məlumata görə, lazımi yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır.