Bakıda bahalı maşını oğurlayanlar saxlanıldı

Bakıda bahalı maşını oğurlayanlar saxlanıldı
Oxunma sayı: 1051

Bir neçə gün əvvəl Səbail rayonunda “Toyota Land Cruiser” markalı avtomobili qaçıran şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 31-də Bakı şəhər sakini Vüqar Məhərrəmovun Ü.Hacıbəyov küçəsində saxladığı avtomobili naməlum şəraitdə oğurlanıb.

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər Bakı şəhər sakinləri - Rəfael Əzimov və Elxan Əkbərli saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırmaq üçün əvvəlcə nəqliyyat vasitəsinin saxlanıldığı dayanacaqda yerləşən gözətçi otağından həmin maşının açarlarını oğurlayıblar. 

Qeyd edək ki, qaçırılan avtomobili idarə edən R.Əzimov bir müddət əvvəl analoji cinayət etdiyinə görə məsuliyyətə cəlb edilib. Onun əvvəlki cinayətinə hüquqi qiymət verilməsi üçün məhkəmə prosesinin davam etdirildiyi bir zamanda R.Əzimov yenidən avtomobil qaçırdığına görə saxlanılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.  
Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi