Bakıda baş həkim infarkt keçirdi

bakida-bas-hekim-infarkt-kecirdi
Oxunma sayı: 4056

Bakıda dövlət xəstəxanasının baş həkimi infarkt keçirib.

"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi Əli Babayevin səhhətində problem yaranıb. Təcili olaraq xəstəxanaya yerləşdirilən baş həkimin ürəyində problem olduğu məlum olub.

Hazırda vəziyyəti ağır olan Əli Babayev Mərkəzi Gömrük Hospitalında müalicə alır və o, bir neçə gündür ki, işə çıxmır.