Bakıda başladı, Sumqayıtda başa çatdı

bakida-basladi-sumqayitda-basa-catdi
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) Sumqayıt şəhər Təşkilatı və QHT-lərin Sumqayıt şəhər Koordinasiya Mərkəzinin birgə hazırladıqları tədbirdə müharibə veteranları, millət vəkilləri, yerli bələdiyyənin rəhbərliyi, QHT və KİV nümayəndələri, ictimai fəal gənclər iştirak edib.

Gecədə çıxış edən AVMVB-nin sədr müavini Mübariz Quliyev qonaqları salamlayaraq, əsaslı yenidənqurma və təmirdən sonra Sumqayıtın ictimai iaşə və mədəni obyektləri sırasına yenicə daxil olmuş “Turan” (keçmiş “Lider-lahmacun”) restoranının “açılış”ı anlamına gələn bu “qapanış gecəsi”nin çox anlamlı olduğunu, bu gecənin təşkilindən dərin məmnuniyyətlərini qeyd edib.

Millət vəkiliQənirə Paşayeva üç gün ərzində “Türk Ocaqları”nın 100 illik yubileyi münasibəti ilə Azərbaycanda keçirilən görüşlərin, təşkil olunan konfransların digər tədbirlərin yaddaqalan olduğunu, gələcəyə yönəlik olumlu mesajların verildiyini, ideya və təşəbbüslərin meydana çıxdığını qeyd edib. “Türk Ocaqları”nı quran mütəfəkkirlərin fikir və düşüncələrinin bu gün də keçərli olduğunu, o ideyaların Azərbaycanın ərazi bütövlüyü, Türk Dünyasının birlik və bərabərliyi, dünyada öz haqq səsimizi ucalda bilməyimiz və s. kimi məsələlərdə bizə güc verdiyini ifadə etdi.

Millət vəkili prof. Musa Qasımlı, Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev, “Türk Ocaqları” İstanbul şöbəsinin başqanı dr. Cezmi Bayram çıxış edərək, “Türk Ocaqları”nın Azərbaycanda keçirilən 100 illik yubiley mərasimlərində iştirakdan böyük zövq aldıqlarını, bu günlərin istər ictimai-siyasi, istər mədəni baxımdan yaddaqalan və məhsuldar olduğunu bildiriblər.

Sonda qonaqlara “Türk Ocaqları”nın 100 illik yubileyi münasibəti ilə Xatirə Plaketləri və millət vəkili Qənirə Paşayevanın adından qiymətli hədiyyələr verildi. Qonaqlar da təşkilatçılara, millət vəkilləri və yerli bələdiyyənin rəhbərliyinə xatirə hədiyyələri təqdim edib.