Bakıda bayram yarmarkaları elektriklə təmin ediləcək - İcazə verildi

bakida-bayram-yarmarkalari-elektrikle-temin-edilecek
Oxunma sayı: 1299

Bakıda Novruz bayramı münasibətilə metro stansiyaları qarşısında quraşdırılan yarmarka çadırları elektrik enerjisi ilə təmin edilib.

Bayram yarmarkaları kimi fəaliyyət göstərən çadırlara elektrik enerjisinin verilməsi bir müddət qadağan edilsə də, problem həllini tapıb və çadırlara elektrik enerjisi verilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Trend-ə açıqlamasında faktı təsdiqləyib.

Ə.Bağırov bildirib ki, artıq müvafiq qurumlar arasında razılaşma əldə edilib və çadırların hamısına elektrik enerjisi verilib.

Xatırladaq ki, ötən il Novruz bayramı və Yeni il münasibətilə paytaxtda metro stansiyaları qarşısında quraşdırılan yarmarka çadırlarına elektrik enerjisinin verilməsi qadağan edilmişdi. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu çadırlara elektrik enerjisinin verilməsini təhlükəli hesab edərək bunun üçün texniki şərt verməmişdi. Nəticədə yarmarka çadırları xüsusi generatorlarla işıqlandırılırdı.