Bakıda bazardakı yanğın söndürüldü - Yenilənib

bakida-bazardaki-yangin-sonduruldu
Oxunma sayı: 3741

Paytaxtın Nərimanov ərazisində yerləşən taxta bazarında 03:00 radələrində yanğın başlayıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu yanğınsöndürən cəlb olunub.

1 saatlıq müdaxilədən sonra yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

İlkin məlumata görə, bazarın ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb.

Yanğının səbəbi hələlik məlum deyil.

***

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb.

Əlavə məlumat veriləcək.