Bakıda bəy gəlini toyda döydü- - Yenilənib

bakida-bey-gelini-toyda-doydu-
Oxunma sayı: 8068


Davaya gəlinin qohumları müdaxilə edərək bəyi sakitləşdirməyə çalışıblar və gəlini bəyin əlindən zorla xilas ediblər. Lakin qohumlar arasında qarşıdurma yaranıb və kütləvi dava gecə saat 01 radələrinə qədər davam edib. 

Bəyin gəlini döyməsinin səbəbləri açıqlanmır. Ehtimal olunur ki, məclisə gələn qonaqlardan biri bəy tərəfindən arzuolunmaz şəxs imiş və onu gördükdən sonra gəlinlə bəy arasında mübahisə yaranıb. Məlumatda deyilir ki, Azərbaycanda kuryoz hadisə sayıla biləcək bu insidentlə bağlı restoran rəhbərliyi tədbir görə bilmədiyini anlayıb və polisə xəbər verib. 

Şadlıq sarayına Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları gəlib. Hadisə zamanı 30 nəfər saxlanıb, bəy də daxil olmaqla polisə aparılıb. 

***

“Oğlum toyda gəlini döyməyib. Hazırda gəlinim də, oğlum da evimizdədir”.

Bunu azvision.az-a açıqlamasında Bakıda “Xudafərin” şadlıq sarayında keçirilən toy zamanı gəlini döydüyü iddia edilən bəy Sənan Ələkbərovun atası Elman Ələkbərov deyib. 

O, toydakı davaya görə oğlunun həbs edilmədiyini və yayılan xəbərlərin yalan olduğunu deyib:

“Toyda dava düşməyib. Sadəcə tanımadığımız iki cavan mübahisə edirdi. Biz də onları araladıq. Kütləvi dava da baş verməyib. Bunu deyənlər qələt edirlər. Yalan deyirlər, oğlum gəlini döyməyib. Sənan hazırda yanımda, Naxçıvandadır. Onlar xoşbəxtdirlər. Gəlinimin atası mənim bibim oğludur. Münasibətlərimiz də çox yaxşıdır. Biz ora polisin gəldiyini də görmədik. Gecə saat 11-ə qalmış toyumuz baş çatdı. Oğlum gəlinə heç vaxt əl qaldırmayıb. Elə oğraşlığı kim edə bilər?”.

Xatırladaq ki, “Xudafərin” şadlıq sarayında keçirilən toy zamanı bəyin gəlini döyməsi haqda xəbər yayılıb. Yayılan məlumatları şadlıq evinin rəhbərliyi də təsdiqləyib.