Bakıda beynəlxalq seminar keçirilib

bakida-beynelxalq-seminar-kecirilib
Oxunma sayı: 633


“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Azərbaycanın 60 iri şirkətlərin rəhbərləri iştirak edib. Seminarda çıxış edən məruzəçilər tədbir iştirakşılarına keyfiyyətin idarəolunması sisteminin tətbiqi və fəaliyyəti, həmçinin, sözügedən sistemin daim yaxşılaşdırılmasında rəhbərliyin rolunun əhəmiyyətindən danışıb.

“Seminarın bu mövzusu Azərbaycanda sözügedən sahədə müəyyən problemin olması ilə əlaqədardır: “Biz Azərbaycan şirkətlərinə mövcud boşluqları doldurmaq üçün yardım etmək niyyətindəyik. Seminar çərçivəsində iştirakçılar şirkət rəhbərliyi üçün metodologiya üzrə nəzəri biliklərlə tanış olacaq”, - deyə seminarda çıxış edən SGS şirkətinin Xəzər regionu üzrə SSC meneceri Alişer Mahmudov vurğulayıb.

Seminarın əsas məqsədi Azərbaycan şirkətlərində keyfiyyətli idarəetmənin tətbiqidir.