Bakıda beynəlxalq təlim keçirilir

bakida-beynelxalq-telim-kecirilir
Oxunma sayı: 722


Açılış mərasimində Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseynli çıxış edərək beynəlxalq təlimin əhəmiyyətindən danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Səfər İmanov isə çıxışında təmsil olunduğu qurumun və ümumiyyətlə Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işləri sadalayıb.

Türkiyə Cümhuriyyətinin Başkent Universitetinin İçtimai Səhiyyə Şöbəsinin Müdiri, həmin universitetin Qadın-Uşaq sağlamlığı və ailə planlaşdırılması üzrə tədqiqat və icraat mərkəzinin direktoru Prof. Dr. Ayşe Akın məişət zorakılığı probleminin bütün dünyada olduğunu xatırladıb. O, həmçinin UNSESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu problemin həlli istiqamətində fəallığından danışıb.

BMT-nin Əhali Fondu Gender üzrə müşaviri Bəhicə Əliyeva isə bildirib ki, təlimin əsas məqsədi qeyd olunmuş layihə çərçivəsində pilot rayon kimi seçilmiş Xaçmaz rayonunda yerləşən Məişət zorakılığının qurbanları üçün olan Dəstək Mərkəzinin işçi heyətinin məişət zorakılığı qurbanlarına daha səmərəli yardımın göstərilməsi üçün bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Təlim beynəlxalq mütəxəssislər qrupu tərəfindən keçirilir. Belə ki, Türkiyə Cümhuriyyətinin Başkent Universitetinin İçtimai Səhiyyə Şöbəsinin Müdiri, həmin universitetin Qadın-Uşaq sağlamlığı və ailə planlaşdırılması üzrə tədqiqat və icraat mərkəzinin direktoru Prof. Dr.Ayşe Akın, sosial işçi Sultan Çamur Karataş və Gender məsələləri üzrə mütəxəssis Ezgi Türkçelik tədbirdə təlimçilər qismində iştirak edirlər.

Təlimdə əsasən gender bərabərliyi və məişət zorakılığı, eyni zamanda məişət zorakılığı üzrə müvafiq beynəlxalq və yerli qanunvericilik və müdafiə mexanizmləri üzrə iştirakçılara əsaslı biliklər verilərək, məişət zorakılığı qurbanları ilə işin təşkil olunması üzrə konkret bilik və bacarıqlar veriləcək. Təlimdə məişət zorakılığının Azərbaycan qanunvericiliyi çərçivəsində tənzimlənməsinə xüsusi diqqət yetiriləcək.

Təlim iyulun 19-da başa çatacaq.