Bakıda beynəlxaq toplantı keçirilir

bakida-beynelxaq-toplanti-kecirilir
Oxunma sayı: 1322

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. 

“Qafqazinfo” xəbər verir ki, iki gün davam edəcək Forumda 86 ölkədən və 24 beynəlxalq təşkilatdan 581 nəfər təmsilçi iştirak edəcək.

Forumda açılış nitqini prezident İlham Əliyev edəcək. Daha sonra Rusiya baş nazirinin müavini Olqa Qolodets, BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-tüveycri, UNESCO baş direktorunun müavini Qu Xing və Beynəlxalq Parlamentlərarası Birliyin prezidenti Qabriela Kuevas Barronun çıxışları nəzərdə tutulur.

VI Bakı Beynəlxalq Humanitar Forumunda gündəmdə olan məsələlər müzakirə ediləcək, dünyada sülhün təmin olunması üçün təşəbbüslər səslənəcək.