Bakıda biabırçı cinayət

bakida-biabirci-cinayet
Oxunma sayı: 654

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən qətlə yetirilən 17 yaşlı Kamil Kazımovu həmkəndlisi 18 yaşlı Tural Cəfərli öldürüb.

Məlumata görə, Kamil əvvəllər Tural Cəfərlinin həyat yoldaşını sevib. Lakin qız Kamilə yox, Turala ərə gedib. Bunun üstündə hələlik məlum olmayan səbəbdən mübahisə düşüb və qətl baş verib.

T.Səfərlinin yerinin müəyyən edilərək tutulması istiqamətində iş aparılır.

***

Gecə Bakının Nəsimi rayonunda 17 yaşlı oğlan qətlə yetirilib. Anspress xəbər verir ki, 5-cü mikrorayon Asif Məhərrəmov küçəsində yerləşən keçmiş çörək zavodunun yaxınlığında qeydə alınan hadisə zamanı 1995-ci il təvəllüdlü, Masallı rayon sakini Kazımov Kamil Mübariz oğlu naməlum şəraitdə bıçaqlanıb.

Naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalan Kamil Kazımovun qarın və sol bud nahiyəsinə iki bıçaq xəsarəti yetirilib. Yaralı dərhal təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına çatdırılsa da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Artıq Kamil Kazımovun qətlə yetirilməsi ilə əlaqədar Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.