Bakıda bina yandı - Sakinlər evakuasiya olundu+Foto

bakida-bina-yandi-sakinler-evakuasiya-olundufoto
Oxunma sayı: 657

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az-a bildirildi ki, hadisə yerinə yanğınsöndürmə briqadaları gedib. Hələlik yanğının miqyası və haranın yanması barədə dəqiq məlumat yoxdur.
---------

Banu adlı hadisə şahidinin Milli.Az-a verdiyi məlumata görə, metronun "Nizami" stansiyasının yaxınlığında hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb. Yanğın hazırda davam edir.

Ətraflı məlumat veriləcək.

***
Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, bina Bəsti Bağırova küçəsində -Elmi Təddiqat Pediatriya İnstitutunun yaxınlığında yerləşir. Yanğın binanın damında baş verir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə maşını gəlib.
Binanın ikinci mərtəbəsindən sonuncu mərtəbəsinə kimi tüstülənmə baş verir. Bina sakinləri evakuasiya edilib. Hadisə yerinə əlavə 2 yanğınsöndürmə maşını da gəlib.
Sakinlərin dediyinə görə, hadisənin elektik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

***
Bakının mərkəzində -Yasamal rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.