Bakıda binada partlayış - Xəsarət alanlar var

bakida-binada-partlayis-xesaret-alanlar-var
Oxunma sayı: 719

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub. Məlum olub ki, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 35 kv. m olan ikiotaqlı mənzilin qapı-pəncərə çərçivələri və eyvanı dağıl, 1-ci mərtəbədən 3-cü mərtəbəyədək eyvanlar qismən dağılıb, qapı-pəncərə şüşələrində və üzbəüz beşmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində pəncərə şüşələrində qismən qırılmalar olub. Yanğın olmayıb. Partlayış zamanı evdə olan 2 nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilən xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Gülnar