Bakıda binada yanğın, 37 nəfər təxliyə olundu

bakida-binada-yangin-37-nefer-texliye-olundu
Oxunma sayı: 1510

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 108 m2 olan 2 otaqlı mənzilin mətbəxində mebel 6 m2 sahədə yanıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib. Hadisə zamanı 37 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.