Bakıda binada yanğın - Yaralanan var

bakida-binada-yangin
Oxunma sayı: 657

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, yanğın nəticəsində binanın şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 20 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.