Bakıda binada yanğın - Yaralananlar var + Foto

Bakıda binada yanğın
Oxunma sayı: 2535

Bakının Xətai rayonunda hündürmərtəbəli binada 2 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

“Qafqazinfo”  “Report”a istinadən xəbər verir ki, yanğın Gəncə prospekti, 29 ünvanında yerləşən 21 mərtəbəli binanın şaxtasında qeydə alınıb.

Yanğın tüstülənmə ilə müşahidə olunub. Nəticədə bina sakinlərindən biri azyaşlı olmaqla iki nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 5 texnikası, o cümlədən canlı qüvvəsi və "təcili yardım xidməti"nin 4 maşını cəlb edilib. Bütün bina sakinləri təxliyə olunub.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısa qapanma səbəb olub.

Yanğının dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi