Bakıda bir ailənin bütün üzvlərini maşın vurdu

Bakıda bir ailənin bütün üzvlərini maşın vurdu
Oxunma sayı: 23

Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Mərdəkan qəsəbəsində dayanacaqda dayanan 1975-ci il təvəllüdlü Qurbanov Araz Qurban oğlu və 1975-ci il təvəllüdlü Nuraliyeva Məxluqə Eynulla qızı və onların övladları 12 yaşlı Qurbanov Rəhim Araz oğlu, 13 yaşlı Qurbanov Rəhman Araz oğlunu minik avtomobili vurub. Nəticədə adı çəkilən şəxslər bədənin müxtəlif nahiyələrindən xəsarət alaraq 3 saylı Kliniki Tibbi

Mərkəzə yerləşdirilib.

Hadisəni törədən sürücü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi