Bakıda bir-birinə bitişik 3 ev yandı

bakida-bir-birine-bitisik-3-ev-yandi
Oxunma sayı: 640

Bakıda yaşayış evlərində yanğın hadisəsi baş verib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Nizami rayonunda bir-birinə bitişik tikilmiş, vətəndaşlara məxsus ümumi sahəsi 108 kvadratmetr olan 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 30 kvadratmetr olan 2 otaqlı evin 1 otağı 15 kvadratmetr sahədə və ümumi sahəsi 36 kvadratmetr olan 2 otaqlı evin tavanı 36 kvadratmetr sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.