Bakıda bir gündə iki oğlan hamamda boğuldu

bakida-bir-gunde-iki-oglan-hamamda-boguldu
Oxunma sayı: 1234


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, dünən saat 17:21-də Xətai rayonu NZS qəsəbəsi Aşıq qurban küçəsində yerləşən həyət evlərinin birində 10 yaşlı uşaq hamamda çimərkən dəm qazından zəhərlənib. Dəm qazından daha bir zəhərlənmə hadisəsi isə Binəqədi rayonunda baş verib. Belə ki bu gecə saat 04:00 radələrində 21 yaşlı gənc oğlan hamamda yuyunarkən dəm qazından zəhərlənib. Hər iki nəfərin yaxınları tərəfindən təcili yardıma müraciət edilib və onlar orta-ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Tokisikalogiya bölməsinə yerləşdirilib.