Bakıda bitişik evlər yandı

bakida-bitisik-evler-yandi
Oxunma sayı: 1402

Bakıda iki bitişik birmərtəbəli ev yanıb. “Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Bakı şəhərinin Sabunçu rayonunda baş verib.

Qeyd olunur ki, ümumi sahəsi 85 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m2, dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 97 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb.