“Bakıda bizə çətin olacaq” - Rossi

bakida-bize-cetin-olacaq
Oxunma sayı: 1069

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Macarıstan millisinin baş məşqçisi Marko Rossi açıqlama verib.

“Qafqazinfo” nb1.hu saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis millimizlə oyunda qalib gəlmək istədiklərini deyib:
 
“Növbəti iki oyunda altı xal qazanmaq istəyirik. Lakin müasir futbolda hər şey mümkündür. Xorvatiyaya qalib gəldiyimiz oyundan sonra mətbuat konfransında Azərbaycan millisini məğlub etməyin borcumuz olduğunu dedim. Azərbaycanın zəif olduğunu demirik, qalib gəlməyə çalışacağıq. Bakıdakı oyun çətin keçəcək. Hava şəraiti və digər amillər işimizi çətinləşdirəcək”.
 
İtaliyalı mütəxəssis Azərbaycan millisi ilə bağlı xeyli informasiya topladığını bildirib:
 
“Rəqibimizin Litva və Xorvatiya ilə oyunlarını izləmişəm. Futbolçularının hamısını tanıyıram. Azərbaycan millisinin heyətində Ramil Şeydayevlə İspaniya Sequndasında çıxış edən yarımmüdafiəçi Eddini qeyd etmək istərdim. 4-3-3 və 4-1-4-1 sistemiylə oynayırlar və bəzən dəyişiklik edirlər. Müdafiədə isə etibarlı oynayırlar”.
 
Azərbaycan - Macarıstan oyunu iyunun 8-də baş tutacaq. Macarlar bu matçdan 3 gün sonra Budapeştə Uelsi qəbul edəcək.