Bakıda “BMW” içərisində 3 nəfərlə birlikdə yandı

bakida-bmw-icerisinde-3-neferle-birlikde-yandi
Oxunma sayı: 635

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, BMW markalı 10 .. 905 dövlət nömrə nişanlı avtomobil birdən alışıb.

Verilən məlumata görə, avtomobilin içərisində 3 nəfər köməksiz insan qalıb. Daxil olan məlumata əsasən dərhal hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Maşının içərisində olan 3 nəfər xilas edilib və maşın söndürülüb. Yanğın nəticəsində 2 nəfər ağır, 1 nəfər isə yüngül yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisənin nə səbəbdən baş verməsi araşdırılır.