Bakıda böyük tıxac, intihar cəhdi

bakida-boyuk-tixac-intihar-cehdi
Oxunma sayı: 8059

Bu gün səhər saatlarından başlayaraq Heydər Əliyev prospektində böyük tıxac yaranıb.

“Qafqazinfo” xəbər verir ki, tıxac həm şəhərdən aeroport yolu istiqamətində çıxışda, həm də şəhərə girişdə müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyinin yaydığı xəbərə görə, hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var. Tıxac əsasən Heydər ƏLiyev prosketinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hisssində müşahidə edilir. 

Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır.

FHN əməkdaşları intihara cəhd edən şəxsi xilas ediblər.