Bakıda böyük tıxac var - Foto

Bakıda böyük tıxac var
Oxunma sayı: 59

Bu gün səhər saatlarından etibarən Bakıda böyük tıxac müşahidə edilir. 

“Qafqazinfo” xəbər verir ki, şəhərin Sabunçu körpüsü kimi tanınan ərazisindən Heydər Əliyev prospektinə düşən yol bağlanıb və maşınların hərəkəti yol polisləri tərəfindən tənzimlənir. Bundan başqa, sözügedən prospektdən ASAN Xidmət istiqamətində olan yola beton bardürlər düzülüb və ikitərəfli küçə birtərəfli edilib. 

Sürücülər eyni zamanda Nərimanov heykəlindən “İçərişəhər” metrostansiyasına enən yolda da tıxaca düşüblər. Həmin istiqammətdə də hərəkətin Dövlət Yol Polisi tərəfindən məhdudlaşdırıldığı deyilir. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi