Bakıda BP əməkdaşının meyiti tapıldı

bakida-bp-emekdasinin-meyiti-tapildi
Oxunma sayı: 622

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zərifə Əliyeva küçəsi 49, mənzil 12 ünvanında yaşayan Böyük Britaniya vətəndaşı 1962-ci il təvəllüdlü Arnold Brandın meyiti elə yaşadığı ünvanda tapılıb. Meyit ekspertizaya göndərilib. Ölümün səbəbi hələlik məlum deyil.

Faktla əlaqədar Səbail rayon Prokurorluğunda araşdırmalar aparılır.