Bakıda brilliyant oğurlandı

bakida-brilliyant-ogurlandi
Oxunma sayı: 654

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Aysel Məmmədova aprelin 25-də tutulub. Müəyyən edilib ki, A.Məmmədova martın 26-da Təbriz küçəsində yerləşən «Metropark» ticarət mərkəzində Cəmilə Ağamalıyevanın çantasından 2030 manat, aprelin 2-də A.Nemətulla küçəsində yerləşən mağazada Leyla Nurəddinovanın əl çantasından içərisində 240 manat və sənədlər olan pul kisəsini, aprelin 5-də isə Təbriz küçəsində yerləşən ticarət mərkəzində Ülviyyə Kərimovanın əl çantasından 900 manat, 3 ədəd brilliant daş, şəxsi sənədlər və bankomat kartı oğurlayıb.

Aprelin 25-i saat 08 radələrində Ə.Bağırov küçəsində Gədəbəy rayon sakini Sakit Quliyev idarə etdiyi «VAZ-21043» markalı avtomobillə Bakı şəhər sakini Abdulcabbar İsrailzadəni vurub. Piyada hadisə yerində ölüb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Xəqani Abdullayev aprelin 25-də tutulub.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Ramil Ağayev aprelin 25-də saxlanılıb.

Nəsimi RPİ CAŞ və 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elmin Babayev aprelin 25-də tutulub.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ümid Qafarov aprelin 25-də saxlanılıb.

Nəsimi RPİ NMB və 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Cəfərovdan sandıqçasında 6 ədəd patronu olan «AKSU» markalı avtomat aşkar olunaraq götürülüb.