Bakıda bu məktəblər təmir və bərpa ediləcək - Siyahı

bakida-bu-mektebler-temir-ve-berpa-edilecek
Oxunma sayı: 2953

2018-2019-cu tədris ili üçün Bakı şəhəri və qəsəbələrindəki bir sıra ümumi təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi planlaşdırılır.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında bildirilib ki, prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Binəqədi rayonu üzrə 179 və 300, Qaradağ rayonu üzrə 223, Sabunçu rayonu üzrə 78, 187, 192, 198 və 295 nömrəli tam orta məktəblər, Nərimanov rayonu Humanitar Fənlər Gimnaziyası və Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpası nəzərdə tutulur.