Bakıda bu yollarda təmir aparılacaq - Foto

Bakıda bu yollarda təmir aparılacaq
Oxunma sayı: 1185

Sabah paytaxtın Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində abadlıq və yenidənqurma işləri aparılacaq.

“Qafqazinfo” Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, bu işlərlə əlaqədar olaraq 14, 15, 16 mart tarixlərində saat 00:00-dan 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıacaq.

Sürücülərə alternativ olaraq B.Məcidov küçəsi və N.Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi