Bakıda buz üzərində şou - Fotolar

bakida-buz-uzerinde-sou-fotolar-
Oxunma sayı: 687

Sarayın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, proqramda müasir və klassik rəqslər, solo nömrələr, sirk elementləri olan nömrələr, orijinal janrda çıxışlar və tryuklar təqdim olunacaq. Öz qeyri-adiliyi və rəngarəngliyi ilə seçilən şou balet uşaqlar və böyüklər üçün nəzərdə tutulub.

Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “МETEЛИЦA” qrupunun “Buz revyusu” adlı roliklər üzərində şou-baletinin biletləri artıq satışdadı. Biletlərin qiyməti 5 -30 manat arasındadır.

Qeyd edək ki, “МETEЛИЦA” qrupu Beynəlxalq və Rusiyada keçirilən bir çox konkursların laureatı, Fransada (Qrif D-Arjent) gümüş medalların və kubokun sahibi, buzda kütləvi rəqs etmək üzrə ikiqat Rusiya çempionudur. Bundan əlavə uşaqların, yeniyetmələrin incəsənət və mədəniyyət sahəsində hər tərəfli inkişafına, ölkənin idman imicinin möhkəmləndirilməsinə, milli adətlərin qorunması və inkişafına, ölkə mədəniyyətinin xaricdə uğurlu təqdim etdiklərinə görə bir çox qramota və təşəkkürnamələrə layiq görülüblər.

Nigar Məmmədli