Bakıda cibgirlər tutuldu - Kriminal xəbərlər

bakida-cibgirler-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 687

Oktyabrın 13-ü saat 06:30 radələrində 148 saylı xətt avtobusunda Bakı şəhər sakini Fəxri Eminov Mehman Nəbiyevin cibindən 50 manat oğurladığına görə Sabunçu RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq 12-ci PB-yə təhvil verilmişdir.

Oktyabrın 13-ü saat 09:30 radələrində 30 saylı xətt avtobusunda Bakı şəhər sakini Nəsimi Məmmədovun cibindən 75 manat oğurlanmışdır. Əməliyyat tədbirləri nəticəsində oğurluq edən Keşlə qəsəbə sakini Sərdar Quliyev Nizami RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən tutulmuş, ondan 0,171 qram heroin götürülmüşdür.

Oktyabrın 13-ü saat 23:50 radələrində M.Rüstəmov küçəsində Bakı şəhər sakini Vasif İsgəndərov idarə etdiyi «VAZ 21011» markalı avtomaşınla Tahir Qəmbərovu vurmuş, sonuncu aldığı xəsarətdən xəstəxanada ölmüşdür.

Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Nahid Aslanov oktyabrın 13-də yaxalanmışdır.

Nərimanov RPİ 17-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə axtarışda olan Şəhriyar Axundov oktyabrın 13-də yaxalanmışdır.