Bakıda çimərlik geyimində Polis Bölməsi qarşısında toplaşdılar

bakida-cimerlik-geyiminde-polis-bolmesi-qarsisinda-toplasdilar
Oxunma sayı: 663

Milli.Az xəbər portalının məlumatına görə, xeyli sayda kişi çimərlik geyimində Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin qarşısına toplaşıb.

Onların bölməyə şikayətindən sonra məlum olub ki, həmin şəxslərin heç də xüsusi məqsədləri olmayıb və istəklərindən bu formaya düşməyiblər. Onlar bölməyə daxil olaraq polisdən onları çılpaq vəziyyətə salan şəxslərin tapılmasında köməklik istəyiblər.

Bildiriblər ki, Novxanı çimərliyində dənizdən çıxan zaman şalvarları yoxa çıxıb. Məsələnin nə yerdə olduğunu anladıqdan sonra isə birbaşa polisə üz tutublar. Polis əməkdasları dərhal onları şalvarsız qoyanların axtarışına çıxıb. Qısa zamanda oğurluqda şübhəli bilinən Nurin Behbudov və Cavidan Əliyev həbs ediliblər.

Bölmədən Milli.Az-a verilən məlumata görə, saxlanılanların ifadəsindən sonra məlum olub ki, onların şalvarsız qoyduqları şəxslərin sayı daha artıqdır. Bu vaxta kimi Novxanı çimərliyindən 25-dən artıq şalvar oğurladıqlarını etiraf ediblər. Şalvarların çibindəki pul və telefonları götürdükdən sonra şalvarları atır, qənimətlərini isə "20 Yanvar" metrosunun yaxınlığında satırmışlar.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanıb.