Bakıda "COSMEDİCA" Klinikasının təqdimatı olub - Fotosessiya

Bakıda
Oxunma sayı: 1962

Noyabrın 28-də Abşeron otelində "COSMEDİCA" Klinikasının təqdimat və müayinə tədbiri baş tutub. 

"Qafqazinfo" xəbər verir ki, 10 ildən çoxdur Türkiyədə fəaliyyət göstərən klinakanın həkimi Dr. Emrah Çinik əvvəlcə müayinə etdikləri və saç əkimi reallaşan xəstələr haqqında qısa məlumat verib və tədbir iştirakçılarına video-roliklər təqdim olunub. Klinikanın Azərbaycan təmsilçisi Könül Yazar bildirib ki, həm Türkiyənin, həm də Avropanın məşhur simaları saç əkimi üçün tez-tez xəstəxanaya müraciət edirlər:
"Klinika "American JCI" sertifikatlı saç əkimi reallaşdıran Türkiyənin ilk beynəlxalq xəstəxanasıdır. Yüksək səviyyəli avadanlıqlarla 7000-dən çox əməliyyatı gerçəkləşdirmiş komanda fəaliyyət göstərir. Bundan başqa, klinikada FUE- ən yeni saç əkimi həyata keçirilir". Şirkətin fəaliyyəti haqqında qısa məlumat verildikdən sonra həkimlər tədbir iştirakçılarının saç dərilərini müayinə edərək tövsiyyələrini verib.
Tədbir iştirakçısı Mehriban Məmmədova müayinə zamanı saç dərisində bir neçə ildir ki, quruluq olduğunu və problemin nədən qaynaqlandığını öyrənmək istəyib. Dr. Levent Acar bildirib ki, bunun səbəbi saçların rənglənməsi ola bilər və hormonlara baxmaq lazımdır. Daha sonra müayinə olunan Elnur Ağayev və Vüsal Sarıyel üçün saçın ön xətti çəkilərək əkiləcək saçların sayı müəyyən olunub.

Dr. Emrah Çinik klinikada əsas saç əkimi həyata keçirsə də, plastik əməliyyatların da aparıldığını deyib: "Dünyanın 80-ə yaxın ölkəsində fəaliyyət göstəririk və bu ölkələrdən biri də Azərbaycandır. Həmin ölkələrdə bu kimi tədbirlərimiz olur, daha sonra onları Türkiyəyə dəvət edirik. Saç tökülməsinin səbəbləri çox olduğu kimi qadın və kişilərdə də müxtəlifdir. Ancaq saç tökülməsi 95% hallarda genetik səbəblərdən baş verir. Kişilərdə testestoron hormonu ilə əlaqədar olaraq bu halla daha tez-tez qarşılaşa bilərik. Qadınlarda isə stress və qanazlığı buna səbəb ola bilər. Saç əkimi artıq günümüzdə saç kəsmək qədər asanlaşdığı üçün hər hansı bir problemlə qarşılaşmırıq. Xəstə birinci gün əməliyyat olunur, daha sonra müayinə edirik, 2 gün 5 ulduzlu otellərimizdə qaldıqdan sonra evinə rahat şəkildə qayıda bilər. Xəstəyə özsaçını əkdiyimiz üçün hər hansı bir problem olmur və xəstə 10 yaş cavanlaşır".

Dr. Levent Acar saç tökülməsinin qarşısını almaq üçün bir çox üsulların olduğunu bildirib. Buna həm dərman preparatları, həm də doğal yöntəmlər daxildir. Ancaq bunu unutmamaq lazımdır ki, bu vasitələrin heç biri yeni saç çıxarmır, sadəcə sahib olduğumuz saçların tökülməsinin qarşısını alır. Saç tökülməsi mövsümdən asılı olaraq da dəyişə bilər. Məsələn bəzi insanlarda qışdan yaza keçəndə bu hala rast gəlinir". Həkim onu da qeyd edib ki, son 10 ildə saç tökülmələrində xeyli sayda artım var: "5-10 il əvvəl bir ayda klinikalara saç əkimi üçün 400-500 insan müraciət etdiyi halda indi bu rəqəm 10 mindən çoxdur. Bunun əsas səbəbi də əvvəlki yöntəmlərə nisbətən indi saç əkimi yöntəmlərində xeyli irəliləyiş olması və xəstələrin bu prosedurdan məmnun ayrılmasıdır".

Günel Hacı
Foto: Nuran












Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi