Bakıda daha bir ailə faciəsi

bakida-daha-bir-aile-faciesi
Oxunma sayı: 1361


Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Nardaran qəsəbəsində yaşayan 1970-ci il təvəllüdlü Həsən İsmayılov yaşadığı mənzildə həyat yoldaşı 36 yaşlı Ramizə İsmayılovaya çoxsaylı bıçaq zərbələri endirərək onu qətlə yetirib.

 Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Ərin arvadını hansı səbəbdən öldürməsi araşdırılır.