Bakıda daha bir baltalı cinayət

bakida-daha-bir-baltali-cinayet
Oxunma sayı: 657

Fevralın 17-də Ə. Naxçıvani küçəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Şünasib Əliyev qısqanclıq zəminində Bahadur Hüseynovun baş nahiyəsindən balta ilə iki dəfə vuraraq ona ağır bədən xəsarəti yetirdiyinə görə Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Tural Məcidov fevralın 17-də tutulub.

Fevralın 15-də Q. Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini Əsmər Mirzəyevi döyüb 100 manatını alıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Binə qəsəbə sakini Tərlan Yaqubzadə fevralın 16-da tutulub.

Fevralın 15-də II mikrorayon H. Seyidzadə küçəsində Bakı şəhər sakini Sevda Mirzəyeva Suma Zeynalovanın, içərisində mobil telefon və parfumeriya əşyaları olan əl çantasını oğurlayıb qaçarkən Nəsimi RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 19-cu PB-yə təhvil verilib.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Eldar Əmircanov fevralın 16-da tutulub.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan İqor İbrahimov fevralın 16-da tutulub.

Fevralın 13-də 9-cu mikrorayon A. Məmmədov küçəsində yerləşən mağazada Səbinə Abdullayevanın, içərisində 460 manat və şəxsi sənədlər olan portmanatı naməlum şəraitdə oğurlanıb. Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mətləb Kərimov fevralın 16-da tutulub.