Bakıda daha bir dəhşətli avtobus qəzası

bakida-daha-bir-dehsetli-avtobus-qezasi
Oxunma sayı: 644

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, “Toyota” markalı minik avtomobili və “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, 2 nəfər qəzada ölüb. “Toyota” markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılıb.

Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 04:45 radələrində başa çatıb. /Anspress/