Bakıda daha bir ərazidə ağaclar kəsildi, qarşıdurma yarandı - Video + Yenilənib

bakida-daha-bir-erazide-agaclar-kesildi-qarsidurma-yarandi
Oxunma sayı: 1915

Bakının Binəqədi rayonu ərazisində şirkət tərəfindən ağacların kütləvi şəkildə kəsilməsi sakinlərlə qarşıdurmya səbəb olub. 

Bu sözləri paytaxt sakini Tural Yusibov “Qafqazinfo”ya şikayəti zamanı deyib. O bildrib ki, artıq Binəqədi rayonu Mir Cəlal Paşayev küçəsində yerləşən parkda ağaclar kəsilib, tikinti işləri aparılır: “Park ərazisi su hövzəsinə 5-6 metr yaxın olduğu üçün burada hər hansı bir tikint işlərinin aparılması qadağan olunub. Ancaq indi Kristal-F şirkəti saxta sənədlərlə parkın yerində yüksəkmərtəbəli bina tikməyə hazırlaşır. 

“Sözügedən ərazidə yeganə bir park var, onu da söküb yerində bina tikirlər. Məsələylə bağlı Prezident Apratında olduq, İcra Hakimiyyəti qəbul elədi. Ondan sonra müvəqqəti iş dayansa da, yenə iş başladı. Şirkət parkın bir balaca hissəsini təmir edir ki, sakinlər razı qalsın. 

Sakinlərdən 3 nəfəri İcraya çağırdılar ki, şirkətlə danışığa gəlin. Biz də onlara izah etdik ki, bu, həyatımız üçün təhlükədir və saxta sənəd hazırlanıb. Bu dəfə də 150-dən çox imza toplayıb yenidən Prokrorluğa və digər instansiyalara müraciət edəsiyik”.

Şikayətçi onu da qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da hadisə yerində olub: "Orada 50-60-dan çox ağac kəsilib. Keçən il həmin parkı gizlin sökmək istədilər, 4 ədəd 30 ilin şamı kəsildi. Əlbəyaxa dava oldu, bir az sakitləşmişdilər. Ötən həftə də sakinlər aksiya etdi, yenə də bu qanunsuzluq davam edir”.

***

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, park ərazisində ağaclar qanunsuz olaraq kəsildiyi üçün şirkət cəzalandırılıb: “Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi var ki, Kristal-F MMC tərəfindən sözügedən yerdə bina tikintisi aparıla bilər. Onlar bizə müraciət edərək ərazidə olan ağacları köçürmək üçün icazə istəyib. Bizim tərəfimizdən də köçürülmə ilə bağlı rəy verilib. Ancaq şirkət nümayəndələri ağaclardan 27-ni köçürüblər, qalan hissəsini isə kəsiblər. Bu səbəbdən keçən həftə akt tərtib olunaraq hüquq mühafizə orqanlarına göndərilib. Yəni, şirkət cərimələndirilib. O ki qaldı tikintinin qadağan olunmasına, elə bir sənəd yoxdur”.

***

İttiham olanunan Kristal-F MTK-nın direktoru Qalib Quliyev “Qafqazinfo”ya bildirib ki, ərzidə tikinti aparılması üçün bütün aidiyyatı qurumlardan icazə alınıb: “Ağacların köçürülməsi, budanması barədə sənədlərimiz var. Hələ tikintiyə başlanılmayıb. Sadəcə parkda abadlıq işləri gedir. Yaşıllaşdırma idarəsi rəy verib, əməkdaşını göndəriblər, ağaclar köçürülüb. Cəmi bir dəfə bizdən xəbərsiz fəhlə bir ağacı budayıb, onun da cəriməsini ödəmişik. Hazırda köçürülmə ilə bağlı heç bir cərimə yoxdur. Ərazidə bina tikintisinin də hər hansı bir təhlükəsi yoxdur. Fövqəladə Hallar Nazirliyi ekspertiza rəyi verib. Təbii suxurlar yoxlanılıb və 8-9 bal gücündə zəlzələyə davamlı olacaq”.

Günel Hacı