Bakıda daha bir Flaşmob - Fotolar

bakida-daha-bir-flasmob-fotolar
Oxunma sayı: 653

Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, flaşmobda hərəkatın 30-dan çox könüllüsü iştirak edib. Könüllülər əllərində üzərində Avropa Birliyinin emblemi əks olunan 300-ə yaxın şarı azyaşlı uşaqlara paylayıblar.

Qeyd edək ki, flaşmobun əsas məqsədi daha pozitiv vasitələrlə insanlara Avropa dəyərlərini aşılamaq olub. Şarlar isə simvolik olaraq Avropa Birliyinin vətəndaşlıq vəsiqəsi anlamını daşıyıb. Flaşmobun əsas şüarı “Bu gün şar, 10 il sonra Avropa Birliyinin vəsiqəsi” olub.
Bildirilir ki, bu formada flaşmoblar bundan sonra da davam etdiriləcək. Növbəti belə flaşmoblar Bakıdakı orta məktəblərin qarşısında keçiriləcək.

Qeyd edək ki, Flaşmoba Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi Diogo Pinto və Azərbaycan Avropa Hərəkatının Prezidenti Ramin Hacılı da qatılıb.

Günel