Bakıda daha bir hava limanı tikiləcək

bakida-daha-bir-hava-limani-tikilecek-
Oxunma sayı: 2147


“Qafqazinfo” xəbər verir ki, bunu salamnews-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev “Bakının gələcək planı”-da yer alan yeniliklər barədə danışarkən deyib.

C.Qocayevin sözlərinə görə, Bakı tarixən sənaye şəhəri olub. Neft mədənlərindən çıxan radiasyon tullantılar və neft qazları Bakının havasına xeyli təsir göstərib. Eyni zamanda, hamınıza bəlli olduğu kimi, Bayraq meydanı adlanan ərzidə gəmi təmiri zavodları var idi: 

“Bakının gələcək planında nəzərdə tutulmuşdu ki, gəmi təmiri zavodları Qaradağ rayonuna köçürülsün. Həmin plana əsasən Qaradağ rayonunda yerləşən Ələt qəsəbəsinin də inkişaf etdirilməsi nəzərdə tutulur. Belə ki, onun cənub hissədində bir aeroportun tikintisi planlaşdırılıb. Layihə ondan ibarətdir ki, Ələti logistik mərkəzə çevirək. Həmin logistik mərkəz təkcə yerli əhəmiyyətli olmayacaq, həmçinin beynəlxalq əhəmiyyətli olacaq. Eyni zamanda, bu layihə Abşerondakı ekoloji durumu da yaxşılaşdıracaq və Bakıda insan sıxlığının da qarşısını alacaq”.